aze    rus    eng
«Caspi Consulting and Marketing» şirkəti haqqında

Azərbaycanın dövlət orqanlarında uzun müddət calışmış və antiinhisar qanunvericiliyi sahəsində kifayət qədər təcrübə toplamış respublikanın antiinhisar orqanının keçmiş əməkdaşı tərəfindən yaradılmış “Caspi Consulting and Marketing” MMC – biznes-konsaltinq şirkəti olaraq antiinhisar qanunvericiliyinin, istehlakçı hüquqlarının pozulması və haqsız rəqabət halları ilə üzləşən fiziki və hüquqi şəxslərə konsaltinq xidməti göstərir.

“Caspi Consulting and Marketing” şirkəti üç istiqamət üzrə fəaliyyət göstərir –

I istiqamət: milli bazarda inhisarçılıq və haqsız rəqabət halları ilə üzləşən təsərrüfat subyektlərinə konsaltinq xidməti göstərmək (aidiyyatı dövlət orqanlarına əsaslandırılmış müraciətlərin hazırlanması);

II istiqamət: daxili və xarici bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinə marketinq (bazar araşdırmaları) xidməti göstərmək (marketinq proqramlarının hazırlanması, mühasibat, iqtisadi böhrandan çıxış yollarının araşdırılması);

III istiqamət: yerli sahibkarlara xarici bazarlara çıxışı və xarici ölkələrin sahibkarlarının daxili bazara girişi zamanı ən zəruri ehtiyacların təmin edilməsi (bu zaman marketinq xidmətlərinin göstərilməsi, əmtəə bazarlarının araşdırılması və proqnozlaşdırılması, şirkətlərin yaradılması və ləğvi, biznes layihələrin effektivliyinə iqtisadi səmərəliyi baxımından peşəkar ekspert rəyinin verilməsi, obyektlərin monitorinqi və qiymətləndirilməsi, ölkə qanunvericiliyinin sahibkarlara izah edilməsi, yerli investorların xarici bazarda və xarici investorların yerli bazarda sahibkarlıq fəaliyyəti ilə bağlı ölkələrin dövlət orqanlarına əsaslandırılmış müraciətlərin hazırlanması və s.)

 
Əlaqə
ÜNVAN:
BAKI AZƏRBAYCAN

AZ 1021.Səbail rayonu, Badamdar şossesi, 2-ci massiv, 2-ci döngə, ev 104/105

TELEFON
Tel/Faks: +994125026260

Mob: +994503130535

Sənəd yükləmək
Şirkətimiz əməkdaşlığa dəvət edir
image

Azərbaycan konsaltinq şirkəti «Caspi Consulting and Marketing» MMC müəssisələri, özəl təşkilatları, fiziki və hüquqi şəxsləri biznesin bütün sahələrində əməkdaşlıq etməyə dəvət edir.

Şirkətimiz həmçinin hazır özəl biznes, dənizkənarı bağ evi, mülk, Bakının mərkəzində yerləşən yeni tikililərdə mənzillər təklif edir.

Yeni xidmətlərimiz

«Caspi Consulting and Marketing» MMC öz peşəkar fəaliyyətini genişləndirir.

  • • Azərbaycanda nümayəndəliyin təşkil edilməsi
  • • Xarici hüquqi və fiziki şəxslərin maraqlarının müdafiəsi
  • • Sənədlərin hazırlanması
  • • Müqavilələrin və sazişlərin tərtib edilməsi
Gələcək əməkdaşlıq
image

Gələcək işgüzar münasibətlər qarşılıqlı mənfəət və şəxsi əlaqələr çərçivəsində qurulur.